zeno
Create a Station
Explore
Religious
Music
News
Podcasts
Bible
By Genre
By Location
By Language
Download App
Toggle Sidebar
zeno
Dalğa FM
Dalğa FM
Music Interviews
Music
Society & Culture
Azerbaijani
"Dalğa FM" 92.5 FM
"Dalğa"nı tut, fərqi hiss et
Website
Episodes
300
16 June 2026
Biznesdə uğurun sirri: Müasir liderlik və strateji inkişaf - Könül Əliyeva I Biznes inciləri
"Biznes inciləri” verilişinin qonağı “FutureBright” şirkətlər qrupunun Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva ilə müasir biznes mühitində liderliyin rolu, şirkətlərin inkişaf strategiyaları, insan resurslarının idarə olunması, korporativ mədəniyyətin formalaşdırılması və beynəlxalq təcrübənin yerli bazarda tətbiqi mövzularını müzakirə etdik. Həmçinin, o, uğurlu karyera yolundan, idarəetmə...
34 min
16 June 2026
Tar və kamança Türkmənistan səhnəsində: Aişə Binnətzadə-Orucova və Əmrah Orucov I Sənətin səsi
"Sənətin səsi” verilişinin qonaqları kamança ifaçısı Aişə Binnətzadə-Orucova və tar ifaçısı Əmrah Orucov ilə Türkmənistanda baş tutan çıxışları, Azərbaycan milli musiqisinin beynəlxalq səviyyədə təbliği və səhnə təəssüratları barədə söhbət apardıq. Verilişdə qonaqlar səfər zamanı yaşadıqları unudulmaz anlardan, eləcə də tar və kamançanın harmoniyasından danışdılar.
33 min
12 June 2026
Vüqar Əbdülov: Meyxana sənəti və aktyorluq karyerası I Sənətin səsi
"Sənətin səsi” verilişinin qonağı aktyor və meyxana ifaçısı Vüqar Əbdülov ilə sənətə gəliş yolu, aktyorluq təcrübəsi, meyxana yaradıcılığı, yaddaqalan çıxışları haqqında söhbət etdik. Eyni zamanda, o, həyatında dönüş nöqtəsinə çevrilən hadisələrdən, səhnə arxasında yaşadığı xatirələrdən danışdı.
28 min
11 June 2026
Marketinq və biznesin inkişafı: Nərmin Əyyubova ilə söhbət I Biznes inciləri
“Biznes inciləri” verilişinin qonağı marketinq eksperti Nərmin Əyyubova ilə müasir dövrdə marketinqin bizneslərin inkişafındakı rolu, brend quruculuğunun əsas prinsipləri, rəqəmsal marketinq alətlərinin effektiv istifadəsi və müştəri loyallığının formalaşdırılması yolları haqqında danışdıq.
35 min
11 June 2026
Şölə Səfərəliyeva: Sənət yolu və səhnə təəssüratları I Sənətin səsi
“Sənətin səsi” verilişinin qonağı tanınmış müğənni, Əməkdar artist Şölə Səfərəliyeva ilə musiqi yolunun başlanğıcı, səhnə fəaliyyəti haqqında danışdıq. Eyni zamanda "Maska" layihəsində “Pişik” obrazı ilə diqqət çəkən sənətçi maska arxasında keçirdiyi həyəcanlı anlar, layihədə iştirak təəssüratları barədə danışdı.
32 min
13 November 2025
Sahibkar şokolad brendi yaradarkən nədən başlamalıdır, nəyi bilməlidir ? I "Biznes inciləri" #16
"Biznes inciləri" verilişində qonağımız olan "Compliment happy box" şokolad brendinin təsisçisi Şəfiqə Əfəndiyeva ilə aparıcılıq fəaliyyətindən biznes sahəsinə keçidindən, "Compliment happy box” ideyasından, şokolad b
36 min
13 November 2025
"Hər zaman Qarabağ Universitetinin heyəti ilə görüşməyə və çıxış etməyə hazıram"
"Sənətin səsi" verilişinin buraxılışında Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov ilə muğam ifaçılığı sənəti və qəzəlin açmasından, dərin mənalı sözlərin mahiyyətindən, yeni işıq üzü görən qəzəllərdən ibarət kitabından, bəstəkarlarla uğurlu iş birliyindən və digər maraqlı məqamlardan bəhs etdik.
37 min
12 November 2025
"Pis vərdişlər və onların qarşısının alınması " I Valideyn saatı #25
"Valideyn saatı" verilişində qonağımız olan psixologiya üzrə fəlsəfə doktoru, psixoloq Fatimə Bayramova ilə uşaqda pis vərdişin daha çox nə zaman yaranmasından, uşağın davranışını dəyişmək üçün valideynin öz üzərində nə qədər işləməli olduğundan, uşağın pis vərdişini gördükdə valideynin necə reaksiya verməli olduğundan və digər maraqlı məqamlardan bəhs etdik.
38 min
12 November 2025
"Opera səhnəsinin də, hərbi musiqinin də mənim sənətimdə ayrıca yeri var"
"Sənətin səsi" verilişinin buraxılışında Opera və Balet Teatrı və DSX-nin Nümunəvi Hərbi Orkestrinin solisti Fatimə Cəfərzadə ilə Vətən müharibəsində qazanılan qələbənin 5 illik yubileyi ərəfəsində keçirilən tədbirlərdən, Azərbaycanı təmsil etdiyi musiqi festivallarından, DSX-nin Hərbi Orkestrindəki fəaliyyətindən, vətənpərvərliyin aşılanması, övladlarımızda vətənpərvərlik hissinin...
23 min
07 November 2025
“Uşaqlarda vətənpərvərlik duyğularının aşılanması” I Valideyn saatı #24
"Valideyn saatı" verilişində qonağımız olan sosioloq Yusif Nəbiyev ilə uşaqlarda vətənpərvərlik duyğusunun hansı yaşdan formalaşmağa başlamasından, sağlam vətənpərvərlikdən, bayraq, himn, milli musiqilərin uşaqlarda bu duyğunu necə formalaşdırmasından və digər maraqlı məqamlardan bəhs etdik.
37 min